Digər

Yeni qayda: Daha ukraynalılar ruslarla salamlaşmaya bilər

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) idmançıların əl sıxma qaydasını dəyişdirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, yeni qaydalara görə uzqdan salamlaşmaq norma sayılacaq.

FIE bu yeniliyi hazırda İtaliyada keçirilən Dünya Çempionatı zamanı baş tutan xüsusi konfransda açıqlayıb.

Belə bir qərar ukraynalı qılıncoynadanlara turnirlərdə şəxsi görüşlər zamanı Rusiya Federasiyasının guya neytral olan nümayəndələrinə hətta yaxınlaşmamaq imkan da verəcək.

Xatırladaq ki, hazırkı Dünya Çempionatında ukraynalı qılıncoynadan Olqa Harlan Rusiya Federasiyasından olan “neytral” Anna Smirnova ilə əl sıxmaqdan imtina etmişdi. Bu da ukraynalı idmançının diskvalifikasiyasına və turnirdən kənarlaşdırılmasına səbəb olmuşdu.

Ancaq sonradan Harlanın qadağası ləğv olundu və Olqa  komanda birinciliyində Ukrayna millisi ilə 1/8 finala yüksəlib. Aut.az