Camalın həbsinə reaksiya verdi: Çox gülməlidir, deyəsən…
Orta çəkidə UFC çempionu Şon Striklend yüngül çəkidə keçmiş Amerika çempionu Camal Hillin həbsinə münasibət bildirib.
“Qardaşınla döyüşdüyünə görə səni məişət zorakılığı ilə ittiham edə bilərlər?!” Çox gülməlidir, deyəsən mən bir neçə məişət zorakılığı ittihamından xilas olmuşam.
Amma Camal, qardaşın polisə zəng vurduğuna görə fırıldaqçıdır… Belə dəhşətli hərəkətdən sonra o, artıq sənin qardaşın deyil”, – Striklend sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, Hill bazar ertəsi səhər tezdən Kent Kounty (Miçiqan) həbsxanasına yerləşdirilib və həmin gün sərbəst buraxılıb. Hesabata görə, dövlət ittihamçıları onu kiçik qardaşı Ceyms Entoni Hillə hücum etdiyi iddiası ilə məişət zorakılığı ilə bağlı bir ittiham irəli sürüb.
Aut.az
