Əfsanə medallarını satır: Səbəb nədir?
Əfsanəvi amerikalı üzgüçü, altıqat olimpiya çempionu Rayan Loht maliyyə problemlərinə görə qızıl medallarının yarısını satışa çıxarmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Swimswam.com” məlumat yayıb.edib.
Medallar “Goldin” hərracı vasitəsilə satılacaq. Hər bir medalın başlanğıc qiyməti 20 min dollardan başlayacaq.
“Olimpiya medallarım mənim ömürlük xatirələrimdir, lakin indi onların sadəcə rəfdə dayanmasından daha çox şey ifadə etməsini istəyirəm. Onları başqalarına ötürürəm ki, kimisə ruhlandıra, güc verə bilsinlər. Əgər bu medallar kiməsə ümid verə, onun xəyallarını alovlandıra və ya potensialını tam açmasına kömək edə biləcəksə, bu, əla bir yardımdır”, – deyə Loht bildirib:
41 yaşlı idmançı karyerası ərzində Olimpiadalarda 3 gümüş və 3 bürünc medal da qazanıb. Dünya çempionatlarında isə 18 dəfə qızıl medalın sahibi olub.
O, son dəfə 2021-ci ildə ABŞ-da yarışlara qatılıb və orada ən yaxşı nəticəsi 200 metr məsafədə 7-ci yer olub. O, heç vaxt karyerasını rəsmi bitirdiyini elan etməyib, lakin həmin vaxtdan bəri yarışmayıb.
Onun ümumi borcu 270 min dollardır. Bunun 99 969 dolları 2021 və 2022-ci illər üçün ödənilməmiş vergilərdir. Bundan əlavə, Loht 2023-cü ildə ödənilməmiş tibbi hesablarla bağlı “Shands Teaching Hospital and Clinic” qarşısında 127 977 dollar borcludur.
Aut.az
