Həbib Fransanı belə ələ saldı – FOTO
UFC-nin sabiq çempionu, “Şöhrət Zalı”nın üzvü Həbib Nurməhəmmədov sosial şəbəkələrdə Fələstini dəstəkləyən “Nitsa”nın futbolçusu Yusef Atalın diskvalifikasiya olunmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, Həbib sosial şəbəkədə Fransa çempionatının rəhbərliyini ələ salan paylaşım edib.
Nurməhəmmədov futbolçunun şəklini və alqış emojisini əlavə edərək, “Bu, əsl söz azadlığıdır” yazıb.
Qeyd edək ki, Atal Fələstini müdafiə etdiyi üçün 7 oyunluq cəzaya məruz qalıb.

