İspaniya

Taleyin ironiyası: ona pərəstiş edənə “torba” tikir  – FOTO

Robert Levandovski Ferran Torresin gələn mövsümü “Barselona”da başlamasını istəmir.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “El Nacional” yayıb. Bildirilir ki, polyak bu barədə Xavi ilə də söhbət edib.

Torres 2022-ci ilin yanvarında “Mançester Siti”dən “Barsa”ya keçib, lakin o vaxtdan bəri əsas heyətdə özünə yer edə bilməyib.

Son vaxtlar onun klubdakı rolu məhdudlaşıb. Kataloniyanın paytaxtında bir il yarım ərzində Torres 71 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bununla belə, 23 yaşlı futbolçunun gələcəyi qaranlıq görünür: bəzi məlumatlara görə, Xavi Torresə onun planlarının bir hissəsi olmadığını deyib. Ancaq “Barsa” bu yay Torres üçün sanballı alıcı tapa bilmədiyi üçün 55 milyon funt sterlinqlik futbolçunu ucuz satmaq istəmir.

Baş məşqçi Torresi Levandovskinin əvəzedicisi kimi görür, lakin bu, Roberti qane etmir. Maraqlıdır ki, 2013-cü ildə 13 yaşlı Ferran Levandovski haqqında bunları yazmışdı: “Allahım, Levandovski. Necə də böyük futbolçu. O, çox yaxşıdır. Heyran edir”.

Taleyin ironiyası: ona pərəstiş edənə “torba” tikir  - FOTO