Roberto Karlos Arda Gülər barədə paylaşım etdi
“Real Madrid”in əfsanəvi futbolçularından olan Roberto Karlos Arda Gülər barədə maraqlı paylaşım edib.
Aut.az xəbər verir ki, o, A. Gülərlə fotosunu sosial şəbəkə hesabında paylaşaraq “Ən yaxşı kluba xoş gəldiniz” şərhini yazıb.
Qeyd edək ki, R. Karlos bir müddət qısa müddət “Fənərbaxça”nın formasını geyinib. O, məşqçilik karyerasında isə Super Liqa komandalarından ikisi “Sivasspor” və “Akhisarspor”u çalışdırıb.
