Azərbaycan futbolu

“Sabah” Azərbaycanın xal ehtiyatını artırdı

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində RFŞ-ni (Latviya) məğlub etməsi (2:0) Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Aut.az xəbər verir ki, “bayquşlar”ın qələbəsi ölkənin aktivinə 0,250 xal yazdırıb. Bununla da Azərbaycanın son 5 mövsümdəki xalları 15-ə çatıb.

Azərbaycan UEFA reytinqində 29-cu sırada qərarlaşıb. 28-ci pillədə 16 xalla xalla Slovakiya yer alıb. Moldova isə 12,125 xalla 30-cu sıradadır.

"Sabah" Azərbaycanın xal ehtiyatını artırdı