DÇ-2034 Qazaxıstan və Özbəkistanda?
Qazaxıstan Futbol Federasiyasının rəhbəri Adalet Barmenkulov 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istədiklərini bildirib.
Aut.az xəbər verir ki, bu barədə Championat.Asia məlumat yayıb.
Mənbənin sözlərinə görə, dünya çempionatının Özbəkistanla birgə təşkili planlaşdırılır. Bu ölkələrin milli komandaları və klubları arasında keçirilən bir sıra yoldaşlıq oyunları vasitəsilə münasibətlər yeni səviyyəyə yüksəlib.
Həmçinin iyulun 20-də Mərkəzi Asiyanın türkdilli ölkələrinin futbol assosiasiyalarının rəsmilərinin iştirakı ilə sammit keçirilib. Burada müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərin təşkili imkanları nəzərdən keçirilib.
Görüşdə tərəflər infrastrukturun yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, futbol assosiasiyalarının hər birinin uğuru region üçün böyük əhəmiyyət kəsb edir.
Aut.az
