Ustad ilə rəzil cəhənnəm döyüşçüsünün qarşıdurması olacaq
Ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson Errol Spens və Terens Krouford arasında keçiriləcək döyüşlə bağlı gözləntilərini bölüşüb.
“Bu cəhənnəm döyüşdür. Qulaq asın, bu, ustad ilə rəzil cəhənnəm döyüşçüsünün qarşıdurması olacaq.
Düzdür, usta çəki alır. O balacadır, lakin böyüklərlə mübarizədə uğur qazanıb.
Əvvəllər Terens və Porterə baxmışam. Elə Spensin Porterlə mübarizəsini də izləmişəm.
Krouford onu çox asanlıqla idarə etdi və Errol çətin mübarizə apardı. Spens əla döyüşçüdür”, – Tayson deyib
Aut.az
.
