Dünya futbolu

Ona şiddətli təzyiqlər başlayıb: İmza atmasa…

PSJ rəhbərliyi danışıqlar prosesində Kilian Mbappeyə təzyiq göstərmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Nəşrin məlumatına görə, hücumçunun yeni müqavilə ilə bağlı mövqeyi dəyişməzsə, onu ehtiyata göndərəcəkləri ilə hədələyirlər.

Klub futbolçunu 2023-cü ilin yayında satmaq və ya onunla müqaviləni 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra satışa çıxarmaqla, 2025-ci ilə qədər uzatmaq istəyir.

İyulun 18-də AS məlumat yaymışdı ki, Mbappe Fransa klubu ilə müqavilənin sonuna – 2024-cü ilin yayına qədər klubda qalmaq istəyir. Daha əvvəl isə “L’Equipe” bildirmişdi ki, parislilər hücumçunun 2024-cü ildə azad agent kimi komandadan ayrılmasına icazə vermək istəmirlər.