Dünya futbolu

Məşqə gəldi, hamı ilə söhbət etdi, amma ona tərəf baxmadı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandanın məşqində iştirak edib.

Aut.az xəbər verir ki, Nasser futbolçulara “komandada klubdan böyük oyunçu olmadığı” haqda xəbərdarlıq edib.

O, futbolçularla fərdi söhbət edib. Amma diqqətçəkən məqam odur ki, prezident komandanın lideri Mbappe ilə söhbət etməyə lüzum görməyib.

O, həmçinin xatırladıb ki, yeni məşq mərkəzinin istifadəyə verilməsindən sonra futbolçuların zəif çıxışı üçün bəhanələri ola bilməz.

PSJ-nin Mbappe ilə bağlı mövqeyi dəyişməyib. O, ya müqaviləni uzatmalıdır, ya da satılacaq.

Aut.az