FİFA qərar verdi: Braziliya klubu “Şaxtyor”a 1 milyon ödəyəcək
FİFA “Korintians”ı “Şaxtyor”a 1 milyon avro cərimə ödəməyə məcbur edib.
Aut.az xəbər verir ki, bu barədə “Meu Timao” məlumat yayıb.
Məsələ burasındadır ki, Braziliya klubu 2023 və 2024-cü illərdə Maykonun icarə haqqını “şaxtaçılar”a vaxtında ödəməyib.
İndi “Korintians”ın Ukrayna klubu ilə hesablaşmaq üçün 45 günü var – əks halda braziliyalılar transfer qadağası ala bilər.
Qeyd edək ki, Maykon “Korintians”da oynamağa davam edir və onun icarə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.
Aut.az
