İngiltərə

Səhmləri satdı, sədrlikdən də getdi

“Lids Yunayted” italyan iş adamı Andrea Radrizaninin klubdakı əksər səhmlərini satdığını açıqlayıb.

Aut.az xəbər verir ki, Andrea idarə heyətinin sədri vəzifəsindən də gedib.

Radrizani 2017-ci ilin yanvarında “Lids”in 50%-lik payını alıb, may ayında isə klubdakı payını 100%-ə çatdırıb. 24 may 2018-ci ildə o, səhmlərin bir hissəsini “49ers Enterprises”ə satıb.

2021-ci ilin yanvarında şirkət klubdakı payını 37%-ə çatdırıb. 2023-cü ilin iyununda Radrizani nəzarət paketinin əksər hissəsini “49ers Enterprises”ə 170 milyon funta satıb.

Müqavilə iyulun 17-də təsdiqlənib.

Aut.az