Dünya futbolu

Millinin sabiq üzvü Polşada klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev Polşada klubu dəyişib.

Aut.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Flota” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarayevlə 1 illik müqavilə imzalanıb.

Ricat III Liqa klubuna “Şeçinek”dən keçib.

Ricat Qarayev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Şamaxı” və “Sabah”ın formasını da geyinib.