Krım körpüsünə hücum futbolçuların gözü qarşısında baş verib
“SKA-Rostov”un futbolçuları Krım körpüsünə dron hücumunun şahidi olublar.
Aut.az xəbər verir ki, futbolçuları aparan avtobus körpünün üzərində olarkən dronların hücumu başlayıb. İlk partlayış avtobusun 300 metrliyində baş verib.
Ardınca isə daha iki partlayış olub. Körpüdə hərəkət dayandığı üçün futbolçuların avtobusu 15 km məsafəni arxa-arxaya hərəkət etməli olub.
Çünki tıxac nəticəsində avtobusun dönməsi mümkün olmayıb. Hazırda futbolçular Rostova qayıtmaq üçün mümkün variantları nəzərdən keçirilər.
Aut.az
