Dünya futbolu

Depay matçda insidentə səbəb oldu – VİDEO

Braziliya çempionatında yenidən emosiyalar yüksək səviyyəyə çatıb.

Aut.az xəbər verir ki, bu dəfə diqqət mərkəzində ulduz futbolçu Memfis Depay olub.

Serie A-nın 29-cu turunda “Korintians” və “Atletiko Mineyro” komandaları arasında keçirilən matçda hollandiyalı hücumçu hisslərini cilovlaya bilməyib.

İkinci hissədə cinah mübarizəsi zamanı Depay rəqib müdafiəçi Ruan Tressoldini itələyərək kiçik bir dava başladıb. Cavab olaraq, “Korintians” oyunçusu topu Memfisə atıb və hər iki futbolçu hakimin gözləri qarşısında sərt söz mübadiləsinə başlayıb.

Hakim dərhal müdaxilə edib oyunçuları ayırıb. Onlara yalnız şifahi xəbərdarlıq edib.

Gərgin sonluğa baxmayaraq, “Korintians” matçı 1:0 hesabı ilə qazanıb.

Aut.az