TürkiyəFUTBOL

“Fənər” “İstanbulspor”un hücumçusuna göz dikib

Türkiyənin “Fənərbaxça” klubu hücumunu yeni bir futbolçu ilə gücləndirmək istəyir.

Aut.az xəbər verir ki, “Fənərbaxça” “İstanbulspor”dan Valon Etemi ilə yaxından maraqlanır. Bu çərçivədə İstanbul komandası ilə görüş keçirildiyi və transfer məbləğinin nə qədər olduğu öyrənilib. Sürətli və qol töhfəsi ilə diqqət çəkən uğurlu oyunçu üçün İstanbulsporun 3,5 milyon avroluq gözləntisinin olduğu qeyd edilib. “Fənərbaxça” hələlik transferdə konkret addım atmayıb. Şərtlər qiymətləndirildikdən sonra rəsmi təklif veriləcək.

Qeyd edək ki, 1-ci Liqada “İstanbulspor”la çempionluq qazandıqdan sonra Super Liqada şans tapmağa davam edən Valon Etemi ötən mövsüm 30 matça çıxıb. 12 qol vuran Valon Etemi 4 məhsuldar ötürmə ilə 16 qola töhfə verib. 25 yaşlı futbolçunun klubla müqaviləsi daha 2 il qüvvədədir.