Dünya futbolu

3 klubla razılaşıb, 3-ü ilə də danışır

Azad agent statusunda olan “Kristal Pelas”ın sabiq hücumçusu Vilfrid Zaha PSJ, “Napoli” və “Qalatasaray”la aktiv danışıqlar aparır.

Xatırladaq ki, Zaha bundan əvvəl “Latsio”, “Fənərbaxça” və “Əl-Nəsr”lə də müqavilənin şərtlərini razılaşdırı.

Aut.az “The Guardian”a istinadən bildirir ki, futbolçunun bal ayından qayıtdıqdan sonra gələcəyi ilə bağlı yekun qərar verəcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, onun nümayəndələri ilə danışıqlar aparan son klublar PSJ, “Napoli” və “Qalatasaray”dır. 30 yaşlı futbolçuya mövsümə 35 milyon avro məvacib təklif edilsə də,  çox güman ki, “Əl-Nəsr”in təklifini rədd edəcək.

Onun İtaliya və ya Türkiyəyə köçmək ehtimalını daha çox olduğu bildirilir.

Aut.az