Mahir oynadı?
Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Sloveniyada sonuncu yoxlama oyununu keçirib.
Aut.az xəbər verir ki, komanda Çexiya “Sparta”sı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. “Dinamo”nun yeganə qolunu Bruno Petkoviç vurub.
M.Emreli 63-cü dəqiqədə meydana daxil olub və sonadək oynayıb.
