Türkiyə

“Qalatasaray” bu braziliyalı ilə Londonda razılaşdı, qaldı…

“Qalatasaray” “Zenit”in yarımmüdafiəçisi Vendeli transfer etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb. Qeyd olunur ki, Türkiyə klubu artıq braziliyalı futbolçu və onun meneceri ilə əlaqə saxlayıb.

“Qalatasaray”ın vitse-prezidenti Erden Timur Londonda yaşayan Vendelin nümayəndəsi ilə görüşüb. Tərəflər prinsipial razılığa gəliblər. İndi Timur “Zenit”lə görüş üçün Rusiyaya gedəcək.

Ötən mövsüm 25 yaşlı Vendel “Zenit”in heyətində 33 matçda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Qalatasaray” bu braziliyalı ilə Londonda razılaşdı, qaldı...

Aut.az