Dünya futbolu

Aquero Ronaldoya “ilişdi”

“Mançester Siti”nin əfsanəsi Serxio Aguero yenidən Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Aut.az xəbər verir ki, dostu olan Messini üstün hesab edən Aquero Ronaldonu növbəti dəfə tənqid edib. Hər iki superulduzun ən gözəl qollarından ibarət videoya baxan sabiq futbolçu Leonun rəqibini üstələdiyini qeyd edib:

“Cərimə zərbəsindən vurulan bütün qollar sırf bəxt idi. Baxın Ronaldo hardan qol vurur – bu, sadəcə bəxtdir. Messinin qollarında isə hər şey var. Amma Ronaldo nə edir? Qapıçının səhvlərinə görə fərqlənir. Ronaldo 20 ən yaxşı qolundan 15-ni cərimə zərbəsindən vurub. Messi isə ən yaxşı 20 qolundan 15-ni vurmaq üçün beş oyunçunu aldatmalı olub.”