Mourinyo özünəxas tərzdə İkardiyə cavab verdi: Belə ələ saldı
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardiyə cavab verib.
Aut.az xəbər verir ki, İkardi portuqalı “ağlayan körpə” adlandırmışdı.
“Əminəm ki, bir görüşdən sonra deyil, 25 illik karyeramdan və 26 titul qazandıqdan sonra xüsusiyəm. Karyeramı müəyyən edən heç bir matç yoxdur. İkardinin şərhlərinə gəlincə, o, ən yaxşıdır, çox böyükdür. Ona görə də, onun sözlərini şərh etməyəcəyəm”, – Mourinyo bildirib.
Bu mövsüm Türkiyə Superliqasında 21 oyundan sonra 57 xalla “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Fənərbaxça” 54 xalla ikinci pillədə qərarlaşıb.
Aut.az
