Azərbaycan futbolu

“Kəpəz”də köməkçi məşqçilər bəlli oldu

“Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədovun köməkçiləri məlum olub.

Aut.az xəbər verir ki, Məmmədovun məşqçilər korpusunda Xaliq Mərdanov, Etibar İbrahimov, Vasif Vəliyev, Tariyel Hüseynov (qapıçı məşqçi) və İlkin Verdiyev (analitik məşqçi) yer alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz” Azər Məmmədovla iyun ayında 1+1 illik müqavilə bağlayıb.