Azərbaycan futbolu

Millimiz yenə uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Aut.az xəbər verir ki, yığmamız Estoniya millisi ilə üz-üzə gəlib.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq qarşılaşma Estoniyanın 7:4 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.

A qrupunun digər matçında İtaliya yığması Moldovanı 3:1 məğlub edib.