“Şamaxı”dan “Sabah”a – Rəsmi
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, Masazır təmsilçisi “Şamaxı”dan Rəhman Daşdəmirovu sıralarına cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Rəhman Daşdəmirov ötən mövsüm “Şamaxı” ilə Premyer Liqada 36 oyuna çıxıb.
