Dünya futbolu

Mbappe “Real”ı ərəb şeyxləri ilə səhv salıb

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a transfer olunacağı təqdirdə maaşını itirmək istəmir.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, o, “kral klubu”ndan  müxtəlif ödənişlər daxil olmaqla 240 milyon avro istəyib.

Bundan sonra ispanlar danışıqları dayandırmağa qərar verib. Nüfuzlu nəşrin məlumatına görə, Mbappenin istəklərinə cavab olaraq “Real” təmsilçiləri futbolçunun yüksək tələbləri səbəbindən transferin mümkünsüzlüyünü bildiriblər.

Artıq ötən il Mbappe və ətrafının fəndlərinin qurbanı olan Madrid klubu 2024-cü ildə oyunçunu pulsuz olaraq transfer etməyə meyllidir.