TƏSDİQLƏNDİ: “Neftçi”dən ikinci transfer
“Neftçi” yay transfer pəncərəsində iki transferini reallaşdırıb.
Aut.az xəbər verir ki, “ağ-qaralar” milli komandamızın üzvü Filip Ozobiçi heyətinə qatıb. Ölkəmizdə “Qəbələ” və “Qarabağ” kimi klubların formasını geyinmiş 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Xorvatiya əsilli futbolçu 10 nömrəli formanı geyinəcək.
“Neftçi” daha əvvəl Emil Balayevi heyətinə qatıb.
Qeyd edək ki, Ozobiçin “Neftçi”də çıxış edəcəyi barədə məlumatı əvvəlcədən vermişdik.

