Həyat yoldaşı tarixi qələbəyə belə reaksiya verdi – FOTO
Ağır çəkidə yeni mütləq dünya çempionu olan Aleksandr Usikin həyat yoldaşı Yekaterina Usik ərinin britaniyalı Tayson Fyuri üzərində qələbəsindən duyduğu emosiyaları bölüşüb.
Aut.az xəbər verir ki, Yekaterina İnstaqramda foto paylaşaraq belə yazıb:
“Dəstəyinizə, bizə inandığınıza görə hər kəsə təşəkkür edirəm. Bu çox vacibdir! Ukraynalıların güclü və azad xalq olduğunu hər gün sübut etmək. Biz birlikdə güclüyük. Bunu bütün dünya görür. Yaşasın Ukrayna xalqı. Yaşasın vətənin müdafiəçiləri”.
Xatırladaq ki, ağır çəkidə mütləq dünya çempionu titulu uğrunda gedən döyüşdə Aleksandr Usik Tayson Fyurini hakimlərin yekdil olmayan qərarı ilə məğlub edib.

Aut.az
