Dünya futbolu

58 milyonluq maaşdan imtina etdi

Romelu Lukaku Səudiyyə Ərəbistanından aldığı təklifdən imtina edib.

Aut.az xəbər verir ki, belçikalı hücumçu “Əl-Hilal”da oynamaq istəməyib. Ərəbistan klubu Lukakuya illik 58 milyon avro maaş təklif edib. Amma Romelu karyerasını Avropada davam etdirmək istəyir.

Müqavilə ilə “Çelsi”yə məxsus olan forvard son mövsümü icarə əsasında “İnter”də keçirib. Londonlular bu dəfə futbolçunun satmaq niyyətindədirlər. Əgər razılıq əldə olunarsa, Lukaku Milan klubuna transfer olunacaq.

Qeyd edək ki, 2022/23 mövsümündə belçikalı hücumçu 25 oyunda 10 dəfə fərqlənib.