Azərbaycan futbolu

“Neftçi”dən ayrıldı, depresiyaya düşdü

“Neftçi”dən ayrılan Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamaria Prodan açıqlama verib.

Aut.az xəbər verir ki, Rumıniya mətbuatına danışan Prodan mütəxəssisin “ağ-qaralar”dan ayrıldıqdan sonra depresiyaya düşdüyünü deyib:

“Uşağımın atası olduğu üçün belə şərhlər vermək istəmirəm. O, övladı ilə görüşür, danışır. Regekampfın səhvləri var, amma o, uşağını sevir, vaxtında onu görməyə gəlir, hər gün telefonla danışır. İnanıram ki, Rege tezliklə oyanacaq və həyatını qaydaya salacaq.

Doğrudan da, bu gün o uçurumun kənarına çatıb. Uşaqlarının yanında qalmalı, onların sevgisi isə ayağa qalxmalıdır. Əks təqdirdə, böyük məşqçini itirəcəyik və uzun illər qurmaq üçün çox çalışdığım karyeranın çökəcəyini görəcəyik”.

Qeyd edək ki, Regekampf 2022-ci ilin yayından “Neftçi”ni çalışdırırdı. “Ağ-qaralar” iyunun 20-də mütəxəssislə yollarını ayırdığını açıqlayıb.