Azərbaycan futbolu

“Zenit” “Neftçi”ylə oyuna onlarsız çıxacaq

Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirinin ilk turunda “Neftçi” ilə qarşılaşacaq “Zenit” bu oyun itkilərlə çıxacaq.

Aut.az xəbər verir ki, “ağ-mavilər”in 8 futbolçusu bakılılarla görüşü buraxacaq. Bu barədə “bobsoccer.ru” məlumat yayıb.

Onlardan 1-i yerli, 7-si isə əcnəbidir. Rusiyalı Daler Kuzyayevlə yanaşı, Malkom, Vendel, Robert Renan, Rodriqao, Matteo Kassierra, Vilmar Barrios və Nurali Alip iyulun 1-də baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcəklər.

“Zenit”in ən yaxşı halda iyulun 9-da Türkiyə klubu “Fənərbağça”ya qarşı keçiriləcək turnirin son tur matçında tam heyətlə iştirak edə biləcəyi deyilir.