Getman sükutu pozdu: Bizi çətin mövsüm gözləyir
“Neftçi”nin məşqçisi İqor Getman PARI Premyer Kuboku ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, Rusiyanın “Matç TV” telekanalına müsahibəsində turnirin əhəmiyyəti barədə danışıb:
“Bu turnir hazırlığımızın bir hissəsidir. Çünki bizi çətin mövsüm gözləyir. Tapşırıqlar böyükdür. Özü də sözügedən turnir bizim üçün çox prestijlidir. Bu, avrokuboklar və çempionat öncəsi belə tanınmış rəqiblərlə qarşılaşmaq və gücümüzü yoxlamağımıza imkan verir”.
Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburqda PARI Premyer Kuboku keçiriləcək. Turnirdə “Zenit”, “Fənərbaxça”, “Srvena Zvezda” və “Neftçi” iştirak edəcək.
