Azərbaycan futboluManşetSeçmə

Sərgən Yalçın Rövşən Nəcəflə əlaqə saxladı –- Cavab aldı ki…

Türkiyəli mütəxəssis Sərgən Yalçının “Neftçi” ilə danışıqlar aparması üçün Bakıya gəldiyi haqda məlumat vermişdik.

“Ağ-qaralar”ın Müşahifə Şurasının sədri, SOCAR prezidenti Rövşən Nəcəf onu şəxsən Bakıya dəvət etmişdi. Yalçına sərfəli təklif də edilmiş, böyük səlahiyyətlər vəd edilmişdi.

Amma danışıqların son mərhələsində “Fənərbağça”dan təklif alan Sərgən Yalçın, danışıqları pozmaq üçün ağlasığmaz şərtlər irəli sürdü.

O bilirdi ki, SOCAR prezidenti bu təklifləri qəbul etməyəcək. Elə də oldu, Sərgənə “fikirləşərik” deyib İstanbula yola saldılar.

Amma “Fənərbağça” rəhbərliyi də son anda bu cırtqoz, intizamsız adamın xidmətindən imtina etdi.

“Əli aşından da, Vəli aşından” da məhrum olan Sərgən Yalçın yenidən SOCAR rəhbərliyi ilə əlaqə saxlayıb.

Aut.az-ın əldə etdiyi məlumat görə, xeyli yumşalmış Sərgən Rövşən Nəcəfə bildirib ki, təklif etdiyi bütün şərtləri qəbul edir.

Amma bu dəfə də ona “fikirləşərik, Rusiya turnirindən sonra cavab verərik” deyilib.

Bu cavabdan belə çıxır ki, SOCAR rəhbəri əslində Sərgən Yalçının neçə bir dələduz olduğunu anlayıb və daha onun xidmətində maraqlı deyil.

Aut.az