Azərbaycan futbolu

“Sabah”dan növbəti transfer

“Sabah” növbəti transferini gerçəkləşdirib.

Aut.az xəbər verir ki, “bayquşlar” 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlayıb. Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidir.

Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl, karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV,  “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.

Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.