Mislav “Trabzonspor”da
Türkiyənin “Trabzonspor” klubu İngiltərənin “Sauthempton” komandasının futbolçusu Mislav Orşiçi transfer edib.
Aut.az xəbər verir ki, Xorvatiya millisinin futbolçusu 4 milyon avro müqabilində Trabzon təmsilçisinə keçib. Bu barədə “The Athletic” məlumat yayıb. 30 yaşlı oyunçunun sabah tibbi müayinədən keçəcəyi gözlənilir.
Orşiç “Sauthempton”a 2023-cü ilin əvvəlində qoşulub və yalnız 5 matçda forma geyinib.
