Türkiyə

“Beşiktaş” “Porto”nun serbinə göz dikib

Türkiyənin “Beşiktaş” klubu “Porto”nun yarımmüdafiəçisi Marko Qrujiçi transfer etməyə çalışacaq.

Aut.az xəbər verir ki, Türkiyə klubu transferi başa çatdırmaq üçün bu gün, fevralın 5-də Qrujiçin təmsilçisi ilə görüşüb.

Qrujiç “Srvena Zvezda”nın yetirməsidir, oradan “Liverpul”a keçib, lakin serb ingilis klubunda mövqe qazana bilməyib. Bu səbəbdən Marko “Kardiff Siti”yə, iki dəfə “Herta” və “Portu”ya icarəyə verilib. 2022-ci ilin yayında onu Portuqaliya komandası alıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu zədəli yarımmüdafiəçi Əmir Hacıəhmetoviçə əvəzləyici axtarmağa başlayıb.

Aut.az