Azərbaycan futbolu

“Neftçi” ilk transferini açıqladı

“Neftçi” mövsümlərarası fasilədə ilk transferini həyata keçirib.

Aut.az xəbər verir ki, “ağ-qaralar” “Səbail”dən ayrılan Emil Balayevi rənglərinə bağlayıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Emil Balayev “Neftçi”nin yetirməsidir.