İtaliya

İtaliyada bu nömrə qadağan olundu

İtaliya hakimiyyəti antisemitizmlə mübarizə çərçivəsində futbolçulara 88 nömrəli forma geyinməyi qadağan edib/

Aut.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Çərşənbə axşamı müvafiq qərarı İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina, daxili işlər naziri Matteo Piantedosi, idman naziri Andrea Abodi və antisemitizmlə mübarizə üzrə milli koordinator Cüzeppe Pekoraro birlikdə təsdiqləyib.

Məhdudiyyət həmçinin azarkeşlərin nasizmi xatırladan simvollardan istifadəsinə qadağa qoyulmasını da nəzərdə tutur.

Ötən mövsüm “Atalanta”lı futbolçusu Mario Paşaliç və “Latsio”nun futbolçusu Toma Başiç 88 nömrəli formada meydana çıxıblar.