Türkiyə

“Beşikatş”dan başqa heç bir komandaya gəlmək istəmir

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Rikardu Kuarejma karyerasını “Beşiktaş”da davam etdirmək istədiyini açıqlayıb.

“Birlikdə çempionluq qazandığımız məşqçi Şenol Günəş çox vacib iş görür. Onunla işləmək çox xoşdur. Çünki onun məqsədi və strukturu var. Müəllimim istəsə, məmnuniyyətlə gələrəm. Türkiyədən çox böyük komandalardan təklif almışam.

Mən puldan çox, sözə inanıram. Ağzımdan çıxan sözün isə ağasıyam. Təkliflərə cavabım belə oldu: “Beşiktaşdan başqa Türkiyədə heç bir komandada oynamayacağam”. Və mən hələ də bu fikirdə israrlıyam.

Gələn mövsüm çempion olmaq istəyən komandanın bir hissəsi olmaq istəyirəm. Mənim üçün pul deyil, dəyərlər və qələbələr önəmlidir. Türkiyə Superliqasına baxıram. “Qalatasaray” bu mövsüm Türkiyə çempionu olub. Onların yaxşı heyəti var, amma “Beşiktaş”ın qeyri-adi istedadları var. Futbol karyeramı çempionluqla başa vurmaq istəyirəm. Beşiktaş istəsə, gələcəm”, – “Hurriyet” Kuarejmadan sitat gətirib.

“Beşikatş”dan başqa heç bir komandaya gəlmək istəmir

Aut.az