İngiltərə

18 yaşlı futbolçunu transfer etdilər

İngiltərənin “Çelsi” klubu yamaykalı hücumçu Cucuan Riçardsı transfer edib.

Aut.az xəbər verir ki, hücumçu Yamaykanın “Phoenix Academy” klubunun gənclərdən ibarət komandasında çıxış edir.

Futbolçu 2023-cü ilin noyabrında, 18 yaşı tamam olanda London klubuna keçəcək.

Riçards artıq Yamaykanın böyüklərdən ibarət milli komandasının heyətində üç oyuna çıxıb və 2023-cü il KONKAKAF Qızıl Kuboku üçün yığmanın heyətinə daxil edilib.