İngiltərə

İngiltərə yığmasının tarixində belə məşqçi olmamışdı

İngiltərə yığması DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Serbiyanı məğlub edib.

Belqradda keçirilən görüş 5:0 hesabı ilə başa çatıb.

Aut.az xəbər verir ki, yanvar ayından İngiltərənin baş məşqçisi olan alman mütəxəssis Tomas Tuxelin rəhbərliyi altında İngiltərə dünya çempionatının seçmə mərhələsinin beş oyununda Albaniya, Latviya, Serbiya və Andorraya (iki dəfə) ümumi 13:0 hesabı ilə qalib gəlib.

“Opta”nın məlumatına görə, Tuxel İngiltərə millisinin tarixində ilk 5 oyunda qol buraxmayan ilk məşqçi olub.

2025-ci ildə Tuxelin rəhbərliyi altında İngiltərə yığması yalnız Seneqala qarşı yoldaşlıq görüşündə qol buraxıb (1:3).

Aut.az