Digər

Maskın anası “döyüş”ün şərtlərini açıqladı

Dünyanın ən məşhur texnologiya milyarderlərindən olan Elon Mask və Mark Zukerberq arasında döyüş keçiriləcəyi barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, Maksın anası Mey sosial şəbəkə hesabında döyüşü ləğv etdiyini yazıb. O, oğlunun Zukerberqlə görüşünün şifahi – debat şəklində olacağını yazıb: “Daha gülməli olan qalib gələr”.

Maks bu paylaşıma gülümsəyən emoji ilə cavab verib.

Qeyd edək ki, Elonla Mark arasında görüşün Las-Veqasdakı oktaqonda keçirilməsi planlaşdırılır.