BOK rusiyalı idmançılarla bağlı çağırış etdi
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idman direktoru Kit MakKonnell rusiyalı və belaruslu idmançılarla bağlı təşkilatın mövqeyini açıqlayıb.
Aut.az xəbər verir ki, funksioner bu barədə Yay Olimpiya İdman Növləri üzrə Beynəlxalq Federasiyalar Assosiasiyasının (ASOIF) Baş Assambleyasında danışıb:
“Rus və belarus pasportu daşıyan neytral statuslu idmançıların yenidən yarışlara qayıtmasına imkan verən bütün beynəlxalq federasiyalara təşəkkür edirəm. BOK-un mövqeyi hərbi əməliyyatların əvvəlindən bəri aydındır və dəyişməyib. İdmançılar hökumətlərinin hərəkətlərinə görə cəzalandırılmamalıdır. Biz birlikdə işləməliyik ki, bu idmançılar, neytral statusda olsa da, digər ölkələrdən olan həmkarları ilə rəqabət aparmaq imkanına malik olsunlar. Biz bu idmançıların yarışlara buraxılması və digər detallarla bağlı prosesi dəstəkləmək və inkişaf etdirmək məqsədilə bütün federasiyalarla dialoqa açığıq”.
Xatırladaq ki, 2023-cü ildə BOK beynəlxalq federasiyalara rusiyalı və belaruslu idmançıların neytral statusla yarışlara buraxılmasını tövsiyə etmişdi.
Aut.az
