Türkiyə

“Fənərbağça” onun transferini açıqladı

“Fənərbaxça” yeni transferi Edin Ceko ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Türkiyə klubu 37 yaşlı hücumçu arasındakı sözləşmə 2 illikdir.

 

Futbolçunun maaşı illik 4 milyon 200 min avro olacaq.

Qeyd edək ki, Ceko bu mövsümün sonunda “İnter”lə başa çatan müqaviləsini yeniləməyib. O,  2022/23 mövsümündə “İnter”in heyətində 52 oyuna çıxıb və 14 qol vurub.