UEFA Ukraynanı “satır” – Rusiyaya şad xəbər verdi
UEFA prezidenti Alekander Çeferinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klement Rusiyaya səfər edib.
Aut.az xəbər verir ki, o, sözügedən ölkənin futbol ittifaqının (RFS) konfransında iştirak edib. Toplantı zamanı maraqlı açıqlama verib. Klemen Rusiya klubları və milli komandalarının tezliklə beynəlxalq arenaya qayıdacağına ümid etdiyini bildirib.
“İndi bizi çox ciddi sınaq gözləyir, lakin UEFA futbolun qalib gələcəyinə əmindir. İnanırıq ki, təkcə rəsmilər arasında deyil, futbol meydançasında da yenidən görüşəcəyik. Ümid edirəm ki, tezliklə Rusiya milli komandaları və klubları yenidən beynəlxalq arenada oynaya biləcəklər. UEFA heç vaxt Rusiya Futbol Federasiyası ilə əməkdaşlığını kəsməyib. Futbol körpülər qurmalıdır”.
Qeyd edək ki, ki, 2022-ci ilin fevralından Rusiya klubları və milli komandası FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan məhrum edilib. Buna səbəb sözügedən ölkənin Ukraynaya hərbi müdaxilə etməsidir.
