Ronaldo vurdu, “Əl-Nəsr” ÇL-in yarımfinalına çıxdı – VİDEO
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Ərəb Çempionlar Kubokunda yarımfinala yüksəlib.
Aut.az xəbər verir ki, 1/4 final matçında “Əl-Nəsr” Mərakeşin “Raca Kasablanka” klubunu darmadağın edib (3:1).
Bu görüşdə ilk qolu səudiyyəlilərin portuqaliyalı hücumçusu Kriştiano Ronaldo vurub.
Sultan Əl Qanam və Sekou Fofana da qol vurub. Turnirin yarımfinalında “Əl-Nəsr” İraqın “Əl-Şorta” komandası ilə qarşılaşacaq.
