Partlayış oldu, məşhur şərhçinin mənzili belə dağıldı – FOTO
Tanınmış ukraynalı futbol şərhçisi Roberto Morales cümə axşamı gecə Kiyevdə bir neçə mənzilin dağılması ilə nəticələnən partlayışdan zərər çəkib.
Aut.az xəbər verir ki, partlayış nəticəsində Moralesin də mənzili dağılıb. Bu barədə şərhçi “facebok”da yazıb:
“Malışka – 33. Evim, mənzilim artıq yoxdur”.
Qeyd edək ki, Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli yaşayış binasında partlayış, ilkin məlumatlara görə, qaz sızması nəticəsində baş verib.

Aut.az
