Daha filmdə çəkilmək istəmir: Çətin idi
İrlandiyalı döyüşçü Konor Makqreqor artıq filmlərdə çəkilmək istəmədiyini açıqlayıb.
“Çətin iş idi. Mən ağır işə öyrəşmişəm, amma burada iş qrafiki sıx idi. Bunu yenidən yaşayacağımdan əmin deyiləm. Artıq tarix kitablarında var. Pul gəlib gedə bilər, amma bu film əbədi olaraq qalacaq”, – Makqreqor bildirib.
Xatırladaq ki, bir neçə həftə əvvəl Ceyk Gyllenhaalın baş rolda çəkildiyi “Yol Evi” filmi işıq üzü görmüşdü. Konor orada mühüm rol oynayıb.
Aut.az
