Digər

DÇ-nin mükafatçısı qar uçqunu altında qaldı

Snoubord növü üzrə dünya çempionatının gümüş mükafatçısı, çexiyalı atlet Şarka Pançoxova Yaponiyada qar uçqunu altında qalıb.

Aut.az xəbər verir ki, o, yaxınlıqdakı insanların sayəsində xilas ola bilib. Məlumata görə, qarın miqdarı yüngül olub və bu, xilasetmə işlərinə kömək edib.

“Sport.cz” Pançoxovanın sözlərini sitat gətirib: “Sakit olmağa, ürək döyüntülərimi aşağı saxlamağa və oksigenə qənaət etməyə çalışdım. Çox şey öyrəndim. İndi dağlara tamamilə fərqli baxışım var və enişlərimi başqa cür planlaşdırıram”.

Aut.az