İtaliyaManşetSeçmə

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

“Milan”ın tarixinin ən şərəfli, uğurlarla bol olan dövrünün quruclarından biri Silvio Berluskoni dünyasını dəyişdi. Daha çox siyasətçi və ya iş adamı kimi tanınsa da, onun futbola olan münasibəti bəllidir.

Uzun illər “rossoneri”yə rəhbərlik edən Silvio ömrünün son illərində “Montsa”ya sahibləndi. Yazı boyunca onun idmanın şahında qazandığı zəfərlərin tarixi fotoları var. “Milan”dan “Montsa”ya qədər uzanan 37 il…

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

20 fevral 1986-cı il – həmin gün “Milan” tarixinə yəqin ki, əbədi həkk olunacaq. Məhz həmin gün Silvio Berluskoni doğulduğu şəhərin komandasının sahibinə çevrildi. Bu, yeni dövrün başlanğıcı idi. Həm də xüsusi məqam idi. Çünki indiyə qədər neçə şəxs doğulduğu şəhərin komandasına sahib olmaq imkanı qazanıb? Bu azmış kimi ölkəni, bir qitəni, hətta dünyanı fəth edib?

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

İlk uğuru gözləmək üçün elə də çox vaxt lazım olmadı. Cəmi 2 il sonra – 1988-ci ilin yazında komanda yeni prezidentlə ilk İtaliya çempionluğunu qazandı. Onun dövründə “rossoneri” ümumilikdə 8 dəfə skudettonun qalibi oldu. Berluskoni bütün mükafatlandırma mərasimlərini meydanın kənarından izləməyi sevirdi.

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

2003-cü ildə “qırmızı-qaralar” İtaliya kubokunu qazandı. Həmin vaxt bu uğur Silvio meydanda olmadan qeyd olundu. Çünki həmin vaxt “Milan” üçün titul qazanmaq adi hala çevrilmişdi. Bu, Berluskoninin dövründə qazanılan ilk və sonuncu İtaliya kuboku oldu.

İtaliya Superkubokunda da komanda uğurlu çıxış edib. Təsadüfi deyil ki, şimalılların muzeyindəki sözügedən 7 titulun hamısı məhz Silvionun dövründə əldə edilib.

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

Onun rəhbər olduğu illərdə “Milan” avrokubokların ən qorxulu komandalarından birinə çevrilə bildi. Berluskoninin dövründə “rossonerilər” 5 dəfə Çempionlar Liqasını qalibi oldu. Onlar arasında ən yadda qalanı isə yəqin ki, 2007-ci ilin finalı oldu. Milanlılar 2 il əvvəl İstanbulda məğlub olduqları “Liverpul”dan qisas aldılar. Silvio kuboku futbolçularla birlikdə başı üzərində qaldırdı. Bundan sonra “Milan” Çempionlar Liqasının finalına belə vəsiqə qazana bilmədi.

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

Berluskoninin rəhbərliyi altında 5 dəfə UEFA Superkuboku qazanılıb. 1989 və 1990-cı illərdə “Milan” hətta Qitələrarası Kubokunun da qalibi olub. Bəli, 2004-cü ilə qədər belə bir turnir var idi. Sözügedən yarış klublararası dünya çempionatının sələfi hesab edilir. Milanlılar 2007-ci ildə həmin turnurinin qalibi olmağı bacarıb. Silvio ilk zəfərdə komandanı özündən çox inandığı Arriqo Sakkiyə tapşırmışdısa, 17 il sonra qazanılan uğurda baş məşqçi postu Karlo Ançelottyə əmanət edilib.

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

2010-cu ildən sonra klubda eniş yaşanmağa başladı. 2011-ci ildə “qırmızı-qaralar” 18-ci liqa çempionluğunu bayram etdi. Bu uğur şəhərdə təntənə ilə qeyd edildi. Yavaş-yavaş klubdan bezən, vaxtını adəti üzrə modellərlə keçirməyi sevən Silvo Berluskoni 2014-cü ildə gözlənilməz qərar qəbul etdi. O, uşaqlıq və əbədi sevgillisi olaraq adlandırdığı “Milan”ı qızı Barbaraya həvalə etdi. O, bir müddət idi ki, bunun reallaşması üçün çalışırdı.

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

“Rossonerilər” 2016-cı ildə İtaliya Super Kubokunu qazandı. Bu, Berluskoni dövrünün sonuncu titulu oldu. Bir il sonra İtaliyanın sabiq baş naziri klubu satdı. Bu, 30 illik nağılın sonu demək idi. Onun dövründə klub nə az, nə çox 35 titul qazana bildi.

Berluskonidən sonra “Milan” üçün çətin dövr başladı. “Qara zolağ”a düşən klubun başına gəlməyən iş qalmadı. Yalnız son 2 mövsümdə şimalılar ötən günlərini xatırlada bildilər.

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

6 il sonra sabiq nazir yenidən futbola qayıtdı O, bu dəfə “Montsa”ya sahibləndi. Klubun idarəçiliyində şəxsən yer almasa da, futbola olan sevgisini gizlədə bilmədi. Yeni klubunu sağ əli, uzun illər “Milan”ı da idarə edən Adriano Qalyaniyə tapşırdı. Ötən il B seriyasının qalibi olan komanda əsas liqaya yüksəldi. Qaralmış və ağ dişli Berluskoni həmin an çox xoşbəxt idi. “Montsa” A seriyasındakı ilk mövsümdə 52 xal topladı və 11-ci oldu. Uzun müddət xəstəxanada leykozdan müalicə olunan Silvionun bundan xəbəri var idimi? Bunu bilmirik.

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

Təzadlı Berluskoni: O, 30 illik sevgilisini niyə satıb?

“Montsa”nın gələcək taleyi məlum deyil. Ailəsinin kluba sahib çıxıb-çıxmayacağı bilinmir. Ancaq Silvio Berluskoninin adı və soyadı “Milan”ın tarixinə qırmızı hərflərlə yazılıb. “Rossonerilər”in onu unutmayacağı dəqiqdir. Klubun muzeyini ziyarət edəcək gələcək nəsillər, milanlılar və azarkeşlər onun futbola və “Milan”a olan sevgisindən mütləq xəbər tutacaqlar. (Publika.az